Yenicag.az-a daxil olan məlumat görə, hadisə Qaradağ rayonun Divannı adlanan ərazisində qeydə alınıb. Fəxri adlı şəxs bıçaqlanıb. O, xəstəxanaya çatdırılsada həyatını xilas etmək mümkün olmayıb. Qətlə yetirilən şəxsin yüksək vəzifəli şəxsin qohumu olduğu bildirilir. Faktla əlaqədar cinayət işi başlanıb.
Qətlə yetirilən şəxsin 1979-cu il təvəllüdlü Fəxri Kazımov olması müəyyən edilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları baxış keçirib. Qətli törədən şəxs hadisə yerindən qaçıb.
İstintaq tədbirləri davam etdirilir.
Yenicag.az
www.yenicag.az