VHP XI konfransını keçirəcək
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatı 26 iyun 2015-ci il sayca XI konfransını keçirəcək.
Qeyd edək ki, Məclisin 08 iyun 2015-ci il tarixli qərarı ilə təşkilat sədri Tural Hüseynlinin istefası qəbul edilmiş və konfrans hazırlıqlarına başlanılmışdır. Artıq konfrans nümayəndələri seçilib və konfransla bağlı bütün texniki işlər yekunlaşıb. Təşkilatın 21 nəfərlik Məclis üzvlüyünə 33 nəfərin, 3 nəfərlik Nəzarət Təftiş Qrupu üzvlüyünə 7 nəfərin namizədliyi qeydə alınıb. Təşkilat sədrliyinə isə 5 nəfər namizədliyini irəli sürüb. Namizədlər Səbail rayon təşkilatından Amal Ata, Nefçala rayon təşkilatından İnqilab Quliyev, Suraxanı rayon yəşkilatından Eldar Hacıyev, Nəsimi rayon təşkilatından Ülvi Məmmədli və Laçın rayon təşkilatından Turan Mirzədir.