Viktor Yanukoviç beynəlxalq axtarışa verilib

media-hightechnic-468x90

e22aaf712bf9ffc14b746c08d7ed5ed0 (1)Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və onun oğlu, iş adamı Aleksandr Yanukoviç İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

Bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov özünün “Facebook” səhifəsində yazıb.

A. Avakov bildirib ki, keçmiş baş nazir Nikolay Azarov, baş nazirin keçmiş müavini Raisa Boqatıryova, sabiq maliyyə naziri Yuri Kolobov və “Ukrtelekom”un sabiq rəhbəri Georgi Dzekon da axtarışa verilib. “İttiham olunan bir sıra digər şəxslərlə bağlı da İnterpol xətti ilə iş aparılır”, – deyə nazir söyləyib.

Qeyd edək ki, ötən ilin dekabrında Ukraynanın baş prokuroru Vitali Yarema İnterpolun V. Yanukoviç haqqında beynəlxalq axtarış elan etmək istəmədiyi barədə açıqlama vermişdi. V. Yanukoviç Maydan hərəkatı zamanı nümayişçilərə atəş açılması və onların ölümünə səbəb olmaqda, korrupsiya və digər qanunsuz əməllərdə ittiham olunur(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600