Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Virusla mübarizədə qüvvədə olan və bundan sonra qəbul ediləcək qaydaları gözləməliyik” - Partiya sədri / VİDEO

14:10

“Birlik və həmrəyliyimizlə “erməni virusu”nu zərərsizləşdirdiyimiz kimi, koronavirus bəlasını da yalnız qaydalara maksimum ciddi yanaşmaqla dəf edə bilərik”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə yoluxma statistikasında kəskin artım qeydə alınan koronavirusa qarşı mübarizənin effektiv təşkilindən danışan Sosial Rifah Partiyasının (ASRP) sədri Əsli Kazımova deyib.

Partiya sədrinin sözlərinə görə, yaranmış vəziyyətdə karantin rejminin sərtləşdirilməsinə ehtiyac varsa, bu istiqamətdə zəruri addımlar atılmalıdır:

“Təbii ki, ağır bir dönəmdə yaşayırıq. Bu tendensiya sadəcə, Azərbaycanda deyil, bütün dünyada vüsət alıb. Pandemiya dünyanın ən inkişaf etmiş ölkələrini belə iflic vəziyyətinə salıb. Bu gün əksər ölkələrdə virusun yayılma miqyasına uyğun olaraq, müəyyən karantin tədbirləri həyata keçirilir. Bu, birmənalı olaraq, xalqın təhlükəsizliyini qorumaq məqsədi daşıyır.

İnanın mənə heç bir dövlət rəhbərliyi ölkəsindəki sosial-iqtisadi amilləri nəzərə alaraq, karantin rejmini sərtləşdirmək istəməz. Amma nəzərə alınmalıdır ki, xalqın sağlamlığı və təhlükəsizliyi digər məsələlərin fövqündədir. Digər tərəfdən, dünya ölkələrində pandemiyaya qarşı yeni tədbirlər proqramı həyata keçirilir, məhdudlaşdırıcı addımlar atılır.

Azərbaycanda hər kəs tətbiq olunan qaydalara qeyd-şərtsiz əməl etməlidir. Hamını tibbi maskadan istifadəyə və sosial məsafəni gözləməyə çağırıram. Tək özümüzü deyil, başqalarını da düşünməliyik. Necə ki birlik və həmrəyliyimizlə “erməni virusu”nu zərərsizləşdirdik, koronavirus bəlasını da yalnız qaydalara maksimum ciddi yanaşmaqla dəf edə bilərik. Ona görə də, virusla mübarizədə qüvvədə olan və bundan sonra qəbul ediləcək qaydaları gözləmək lazımdır”.

Aslı

www.yenicag.az

419