Vitse-prezidentin evinə atəş açdılar

media-hightechnic-468x90

51948ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Delavardakı evi yanından keçən avtomobildən çoxsaylı atəş açılıb. Həmin vaxt C.Bayden və xanımı evdə olmayıblar.

ABŞ Məxfi Xidməti bildirib ki, hadisə yanvarın 17-də axşam saat 8:25-də, evin perimetrində yerləşən ictimai yolda açılıb.

Atəş səslərini Qrinvildəki iqamətgahda duran Məxfi Xidmət əməkdaşları eşidiblər. Onların dediyinə görə, maşın evin yanından yüksək sürətlə keçib və gözdən itib.

CNN Məxfi Xidmət əməkdaşına istinadla xəbər yayıb ki, yerli polis bir nəfəri həbs edib. O, həmin ərazinin uzaq perimetrini qoruyan zabiti ötüb keçməyə çalışıb.
Ancaq həmin şəxsin bu hadisə ilə bağlılığı olmadığı aydın olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600