Vitse-prezidentin oğlu xərçəngdən vəfat etdi

media-hightechnic-468x90

a1aaba07baf48ec45119bf6800e173a3ABŞ vitse-prezidenti Co Baydenin oğlu Bo Bayden 46 yaşında beyin xərçəngindən vəfat edib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin məlumatında bildirilir.

Xatırladaq ki, Bo Bayden mayda müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilmişdi.

ABŞ vitse-prezidentinin oğlu Delaver ştatının baş prokuroru vəzifəsində çalışıb. Son vaxtlar isə o investisiya şirkətində işləyib. Kiçik Bayden həmçinin Kosovoda çalışıb, o, həmçinin İraq müharibəsinin veteranıdır.

ABŞ prezidenti Barak Obama və onun yoldaşı Mişel artıq Co Baydenin ailəsinə başsağlığı veriblər.

Bo Bayden 2010-cu ildə insult keçirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa