Vitse prezidentin ölüm səbəbi açıqlandı

media-hightechnic-468x90

img1754839“Qardaşım Müşfiqin ölümü ilə bağlı mətbuatda yayılan xəbərlər dezinformasiyadan başqa bir şey deyil”.

Yenicag.az xəbər verir ki, bunu azvision.az -a açıqlamasında ötən gün vəfat edən “Nurgün” şirkətlər qrupunun vitse-prezident Müşfiq Səfiyevin kiçik qardaşı Vüqar Səfiyev deyib.

O, bildirib ki, artıq M. Səfiyevin cənazəsi Xırdalan qəbristanlığında torpağa tapşırılıb.

“İndi qardaşımın cənazəsini dəfn edib gəlirik. Mətbuatda yayılanlar dezinformasiyadır. Qardaşımın heç bir xəstəliyi yox idi. Diaqnoza görə, qardaşım qan təyziqindən dünyasını dəyişib. O axşam yatıb, səhər oyanmayıb. Qardaşımın təzyiqi yüksək olub. Elə ona görə də dünyasını dəyişib”, – deyə V.Səfiyev əlavə edib.

Qeyd edək ki, mərhum M.Səfiyev tanınmış şair Əli Vəkilin oğludur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600