!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Voleybolçularımız Danimarkaya uduzdular

!Reklam – Yazi

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayıb.

Yenicag.az Sports.az-a istinadən xəbər verir ki, millimiz ilk matçda Danimarka yığması ilə qarşılaşıb.

Bakıda Voleybol Mərkəzində təşkil olunan görüş qonaqların 25:22 hesablı qələbəsi ilə başlayıb. İkinci setdə 25:23 hesabı ilə millimiz qalib gəlsə də, rəqib növbəti hissələrin və matçın qalibi olub – 3:1.

Pərviz Səmədovun komandası növbəti matçında Türkiyə millisi ilə qarşılaşacaq. Görüş avqustun 6-da saat 18:00-da Bakıda Voleybol Mərkəzində keçiriləcək.

Təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Oyunlar ev-səfər sistemi ilə keçirilir. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

AÇ-2023-ün təsnifat mərhələsi
A qrupu
3 avqust

Azərbaycan – Danimarka 1:3 (22:25, 25:23 16:25, 16:25)
Bakı. Voleybol Mərkəz

www.yenicag.az

484
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv