Voleybolçumuzun vəziyyəti yenidən pisləşdi: Təcili qana ehtiyac var

media-hightechnic-468x90

Bir neçə gün öncə əməliyyat olunan Azərbaycan millisinin və “Xarı Bülbül” (Şuşa) klubunun voleybolçusu Tural Həsənlinin vəziyyəti pisləşib.

Yenicag.az xəbər verir ki, bu haqda məlumatı klubun baş məşqçisi Ziya Rəcəbov sosial şəbəkə hesabında yazıb.

O, voleybolçunun qanaxma səbəbilə yenidən əməliyyata götürüldüyünü bildirib.

Z. Rəcəbov Turalın təcili qana (3+) ehtiyacı olduğunu, kömək edəcək şəxslərin Qan Bankına yaxınlaşmalarının vacibliyini qeyd edib.

Qeyd edək ki, 33 yaşlı oyunçunun “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600