“Volkswagen”in baş direktoru istefa verdi

media-hightechnic-468x90

Herbert Diss sentyabrın 1-də Almaniyanın “Volkswagen AG”nin direktorlar şurasının sədri vəzifəsini tərk edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, yeni sədr 1994-cü ildən şirkətdə işləyən Oliver Blume olacaq.

Bundan əlavə, “Volkswagen”in baş maliyyə direktoru Arno Antlits şirkətin baş əməliyyat direktoru vəzifəsini də icra edəcək.

“Volkswagen”in səhmləri 1,2% ucuzlaşıb, lakin şirkətin rəhbərinin dəyişməsi ilə bağlı xəbərlər Frankfurt birjasının bağlanmasından sonra açıqlanıb. İlin əvvəlindən şirkətin kapitallaşması 24% azalaraq 84 milyard avroya düşüb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa