Vüsalə Muradovadan məktub - Bu video xoş duyğularla izlənilir

media-hightechnic-468x90

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Vüsalə Muradova seçicilərinə məktubla müraciət edib.

Yenicag.az xəbər verir ki, o, gəncəlilərə səslənərək güclü Azərbaycan üçün çalışacağını qeyd edib:

“Əziz və doğma gəncəlilərim! Dövlət xalqa xidmət üçün vardır. Bu xidmət mexanizminin Gəncəmizə daha xeyirli və daha sürətli olması üçün səy göstərəcəyəm.

Xoşbəxt insan xoşbəxt dövlət, güclü dövlət deməkdir. İnsanımız xoşbəxt olmalıdır ki, dövlətimiz də xoşbəxt və güclü olsun. Mənə səs verəcək və ya verməyəcək hər bir seçicinin və Gəncəmizin parlamentdə səsi olacağam.

İnsanın ürəyi onun üçün nədirsə, Can Azərbaycanımız üçün gəncliyi də odur. Gənclərlə əl-ələ verərək xoşbəxt və güclü Azərbaycanımız üçün çalışacağam”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600