!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vyana sazişinə 94% əməl edilib - Barkindo

!Reklam – Yazi

Fevral ayında neft hasilatının azaldılması barədə Vyana sazişini imzalayan tərəflər öz öhdəliklərinin 94 faizini yerinə yetiriblər.

Yeniçağ.Az OilGas.az-a  istinadən xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo məlumat verib. Onun sözlərinə görə, bu göstərici yanvar ayına olan rəqəmlərdən 8% çoxdur.

Bundan əlavə, Barkindo Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl əl-Mazruiyə intensiv danışıqlar zamanı konstruktiv fəaliyyətə görə təşəkkürünü bildirib.

Xatırladaq ki, ötən il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə saziş imzalayıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və müddətinin uzadılması imkanı nəzərdə tutulub.

 

Yeniçağ.Az

www.yenicag.az

711
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv