!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“WhatsApp”da yol polisi haqda səs paylaşan şəxsdən xəbər var - AÇIQLAMA

!Reklam – Yazi

Yol polisi haqqında “Whatsapp” sosial şəbəkəsində səs yayan şəxs həbs edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Musavat.com-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

V.Əsədov deyib ki, 1981-ci il təvəllüdlü Qasımov Fariz Mürvət oğlu barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs tədbiri seçilib.

F.Qasımova 15 sutka inzibati həbs cəzası verilib və o, iki il müddətinə sürücülük hüququndan müddətinə məhrum edilib.

V. Əsədov deyib ki, F.Qasımov bir müddət əvvəl avtoxuliqanlıq etdiyi üçün saxlanılıb və polisə böhtan atmaq, məsuliyyətdən yayınmaq üçün belə bir səs yazısını yayıb:

“Özü bunu etiraf etdi”.

Qeyd edək ki, “Whatsapp”da yayılan səs yazısında Cavanşir Ələkbərovun ünvanına sərt ittihamlar səslənir. Səs yazısını yayan sürücü bildirir ki, həmin sürücü özü də daxil olmaqla, bir neçə sürücü Babək prospektində hərəkətdə olan zaman qara rəngli, 005 dövlət nömrə nişanlı “Toyota Camry” markalı avtomobil aşağı sürətlə hərəkət edir, nəticədə arxadan gələn sürücülər əsəbiləşərək onu sağdan ötür.

Guya maşını Cavanşir Ələkbərov özü idarə edir və qarşıda onu ötən sürücüləri yol polisi saxlayaraq maşını cərimə meydançasına aparır, və bütün bunlara rəis özü göstəriş verir.

COP29

www.yenicag.az

3385
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv