X istifadəçilərdən pasport şəklini tələb edəcək

media-hightechnic-468x90

İlon Maskın X sosial şəbəkəsi (keçmiş Tviter) şəxsiyyəti təsdiq edən fotoşəkildən istifadə edərək şəxsiyyəti yoxlamaq funksiyası üzərində işləyir.

media-banner_tuq

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə tədqiqatçı Nim Ouci məlumat yayıb.

“Hökumət tərəfindən verilmiş şəxsiyyət vəsiqəsini təqdim etməklə hesabınızı təsdiqlədəcəksiniz. Bu, təxminən 5 dəqiqə çəkir”, – deyə o bildirib. Burada həmçinin qeyd olunur ki, pasport şəkli ilə yanaşı, istifadəçi sənədlə birlikdə selfi də çəkməli olacaq.

X-in şəxsiyyəti təsdiq edən tərəfdaşı Au10tix olacaq. Qeyd olunur ki, yoxlama üçün ötürülən məlumat həm Au10tix, həm də X-də görünəcək. Bundan başqa, sosial şəbəkə biometrik məlumatlar daxil olmaqla şəxsiyyət vəsiqəsinin şəkillərini 30 günə qədər saxlayacaq və bu məlumatlardan təhlükəsizlik məqsədilə istifadə edəcək.

Pasport vasitəsilə profil identifikasiyasının məcburi olub-olmayacağı və təsdiqlənmiş profillərin hansı üstünlüklərə malik olacağı hələ məlum deyil.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05