“Xaç atası” İstanbulda öldü

media-hightechnic-468x90

Xac_atasi1474550275Gürcüstanlı “qanuni oğru” daha çox “Taras” və “Kokono” ləqəbləri ilə tanınan Tariel Potsxveriya sentyabrın 21-də axşam İstanbulda ölüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, o, uzun illərdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Bu il iyun ayının əvvəlində məlum olub ki, “oğru aləmi”nin üzvü olmağı səbəbindən 6 il həbsxanada oturmuş Portsxveriya Tbilisi şəhər məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Bundan sonra müalicə olunması üçün onun təcili ölkə ərazisini tərk etməsinə də razılıq verilib. Potsxveriyanın müalicə üçün hansı ölkəyə gedəcəyi bilinməsə də, indi onun Türkiyəni seçdiyi üzə çıxıb.
“Qanuni oğru”nun müdafiəçisi bildirmişdi ki, əgər onun səhhətində irəliləyiş yaranarsa, Gürcüstana qayıdıb həbs çəzasının qalan hissəsini çəkəcək.
57 yaşlı “qanuni oğru” Kutaisidə anadan olub. O 26 yaşında “Kvejo”, Tamaz Kutaisski” və digərlərin razılığı ilə “taclandırılıb”.

Potsxveriya “Qişaşo”, “Badri Kutaiiski”, “Qudji Kutaisski” və digərlərinin “tac atası” hesab olunurdu.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600