Xaçmaz sakinində 5 kiloqram narkotik aşkarlandı - FOTO

media-hightechnic-468x90

Xaçmaz sakinində 5 kiloqram narkotik aşkarlanıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazilriyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Elmin Kərimovu saxlayıblar.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öz həyətində əkib yetişdirdiyi 189 ədəd (140 kiloqram) yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi və 5,2 kiloqram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Bundan başqa, polis əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Nayib Cəfərov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zamanı narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600