Xaçmazda avtomobil səkiyə çırpıldı
Bu gün səhər saatlarında Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az apa-ya istinadən bildirir ki, qəza rayon mərkəzinin Bakı prospektində qeydə alınıb.
Xaçmaz rayonu Barlı kənd sakini, 43 yaşlı Bəxtiyar Qurbanovun idarə etdiyi 10 PS 849 dövlət nömrə nişanlı, “Daweoo Nexia” markalı avtomobil idarəetməni itirərək səkiyə çırpılıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalar aparılır.