Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Xaçmazda iki maşın toqquşub

загруженное (5)Bu gün günorta saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Gəndob-Yalama yolunun 45-ci kilomertrliyində qeydə alınıb. Xaçmaz rayonu, Yeni Sudur kənd sakini Ağakərimov Səyyar Nəriman oğlunun idarə etdiyi “VAZ 21063” markalı 40 BE 962 dövlət nömrə nişanlı avtomaşınla əks istiqamətdə hərəkətdə olan 1953-cü il təvəllüdlü Xaçmaz rayonu, Ağaverdioba kənd sakini, 1993-cü il təvəllüdlü Əmirbəyov Yusif Əmirbəy oğlunun idarə etdiyi “Niva” markalı, 27 BK 695 dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşub. Qəza nəticəsində “Niva”nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xudat şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

www.yenicag.az

268