!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaçmazda intihara cəhd: Psixoloji söhbət nəticə verdi

!Reklam – Yazi

Xaçmazda intihara cəhd hadisəsi olub.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xaçmaz rayonunda 1 nəfər fərdi yaşayış evinin damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-in Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

www.yenicag.az

448
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv