“Film dövlət tərəfindən çəkilməlidir, sponsorların puluna yox”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tannımış aktyor, Xalq artisti Tariyel Qasımov deyib.
O, Azərbaycan kinosunun mövcud durumu ilə bağlı narahatlığını dilə gətirib. Aktyor bəzi sənət adamlarının “kinonun durğunluqdan xilası üçün sponsorlara ehtiyac var” fikri ilə razılaşmadığını da bildirib.
“Film dövlət tərəfindən çəkilməlidir, sponsorların puluna yox. “Azərbaycanfilm” kinostudiyasını dövlət maliyyələşdirir. İş adamları niyə kino istehsalı üçün pul ayırmalıdır? Bu, özfəaliyyət deyil, ciddi çənətdir.
Bütün kinostudiyalar işləyir, bircə bizdəkindən başqa. Bizdə film çəkilmir. Biabrıçılıqdır. Film dövlətin atributu sayılır. Filmlər üçün büdcə ayrılmalıdır və kinostudiya da filmlərin istehsalına başlamalıdır. Onsuz da hərə özünə bir sponsor tapıb, seriallar çəkir. Bu, lazım deyil. Filmin titrlərinə “Azərbaycanfilm”in istehsalı yazılmalıdır. Eləcə də teatrlar. Teatrlarımız və kinostudiya dövlət tərəfindən maliyyələşdirilir. Yoxsa ki, hərə bir teatr götürsün və icra başçılarını dilxor etsin ki, pul ver, tamaşa göstəririk, belə şey olmaz. Bu, biabırçılıqdır”.
Cəvahir
www.yenicag.az