Xamneyidən Obamaya sərt mesaj

media-hightechnic-468x90

kkkkkkkkkkk“ABŞ İraqdakı münaqişəyə qarışmamalıdır. Amerika dövləti İraqda öz şəxsi marionetkalarının hakimiyyətə gəlməsini istəyir”.

Bu sözləri İranın ali dini lideri Ayətulla Xamneyi deyib. O, İraq Şam İslam Dövləti (İŞİD) adlı terrorçu qruplaşmanın İraqda gərginlik yaratmasına münasibət bildirərkən qeyd edib ki, ABŞ məsələlərə müdaxilə etməməlidir.

O, İraq hakimiyyətinin ölkədə tüğyan edən silahlı qiyama son qoyacağını ümid edib. İran ali dini lideri onu da bildirib ki, ABŞ İraqdakı hadisələri məzhəb qarşıdurması kimi qələmə verməyə çalışsa da, əslində bu belə deyil.

“Bu gün İraqda baş verənlər sünni-şiə müharibəsi deyil”,-deyə Xamneyi qeyd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600