Xanım icra başçısı maşının 001 nömrəsini kişi başçıdan ala bilmir – FOTO

media-hightechnic-468x90

1e4b95İradə Gülməmmədova hazırda «002» seriyalı xidməti avtomobilindən istifadə etmək məcburiyyətində qalıb

media-banner_tuq

Zakir Fərəcovun Sumqayıta təyinat almasından sonra Abşeron rayonuna onun müavini işləmiş İradə Gülməmmədovanın təyin edilməsi hər iki isimlə bağlı zaman-zaman maraqlı iddiaların ortaya çıxmasına səbəb olub. Bu təyinatdan öncə adı heç bir siyasi çevrələrdə çəkilməyən İradə Gülməmmədovanın birdən-birə Abşeron kimi böyük bir rayona gətirilməsi o dövürdə də təəccüb doğurmuşdu. Daha sonralar bu təyinatın altında Zakir Fərəcovun adının yatdığı ortaya çıxmışdı.

İradə Gülməmmədovanın fəaliyyəti ilə bağlı azxeber.com-a daha bir ilginc məlumat daxil olub. Məlumata görə, İradə Gülməmmədova Zakir Fərəcovdan o qədər asılı vəziyyətdə qalıb ki, hətta xanım başçı ona məxsus olmalı olan 01-AA-001 seriyasılı nömrəsini belə geri ala bilməyib. Məlum olduğu kimi, Z.Fərəcov Sumqayıta təyinat aldıqdan sonra məhz bu seriyalı avtomobili ilə Sumqayıt Rayon İcra Hakimiyyətin getmişdi. O hələ də bu nömrəni Abşeron Rayon İcra Başçısı olan İradə Gülməmmədovaya qaytarmayıb. Xanım icra başçısı isə hazırda “002” seriyalı xidməti avtomobilindən istifadə etmək məcburiyyətində qalıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05