Xanım Qafarova vəfat etdi

media-hightechnic-468x90

a641de653de1cfc074458972ab721d2eƏməkdar artist 47 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Bir neçə dəqiqə öncə Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarova dünyasını dəyişib.

Bu barədə  mərhum aktrisanın bacısı oğlu məlumat verib. O bildirib ki, xanım aktrisa son sözünü deyib və az sonra keçinib:

“Bu sözləri demək mənim üçün çox çətindir. Xalam son günlərinə qədər həyatla mübarizə aparırdı. O, həyatı sevirdi. Yeganə övladına və anasına görə narahat idi. Elə ancaq onları, əsas da az yaşlı qızını düşünürdü. Yeganə arzusu sağalıb, ayaq üstə durmaq idi. Amma nə etməliyik. Vaxtsız ölüm Allahın qisməti və xalamın alın yazısı imiş. Allah rəhmət eləsin”.

Xatırladaq ki, mərhum aktrisa süd vəzi xərçəngindən 2009-ci ildən bəri əziyyət çəkirdi.

Allah rəhmət eləsin!

Onu da əlavə edək ki, 1967-ci il mayın 9-da Bakıda anadan olan mərhum aktrisa 1987-ci ildə İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsinə daxil olub. İkinci kursda oxuyarkən “Tənqid-Təbliğ” teatrında işləməyə başlayır. 1996-cı ildən is Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət alaraq, həmin teatrda oynadığı bir çox rolları ilə onu sevənlərin yaddaşında qalmağı bacarıb. Məhz bunun nəticəsində isə 2003-ci ildə Azərbaycanın əməkdar artist fəxri adına layiq görülmüşdü. 2012-ci il mayın 9-u və 2014-cü ild aprelin 30-da Prezident Mükafatına layiq görülüb. O, 1991-ci ildə “Şirbalanın məhəbbəti”, 1997-ci ildə “Kənddən gələn var”, 2001-ci il “Yuxu”, 2006-ci il “Adam ol” və 2011-ci ildə “Qayanana” filmində rola alıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600