!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xanım rejissor “Mədəniyyət” telekanalına yeni rəhbər təyin olundu - FOTO

!Reklam – Yazi

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” kanalına Ülviyyə Könül rəhbərlik edəcək.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, sədr Rövşən Məmmədovun əmri ilə Əməkdar incəsənət xadimi Ülviyyə Oqtay qızı Kərimova QSC-nin nəzdində fəaliyyət göstərən “Mədəniyyət” telekanalına direktor vəzifəsinə təyin edilib.

Əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. Ramil Qasımov mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib.

Bu təyinata kimi Ülviyyə Könül 2019-cu ilin oktyabrından “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin baş rejissoru vəzifəsində çalışıb.

www.yenicag.az

424
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv