Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Yenicag.az xəbər verir ki, nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Belə ki, aksiya iştirakçıları növbəti dəfə də bu mövqeni nümayiş etdirərək sülhməramlılara məxsus təminat avtomobilinin sərbəst şəkildə hərəkət etməsinə şərait yaradıblar.
Yeni könüllü qrupları dinc aksiyaya dəstək vermək üçün Laçın-Xankəndi yoluna gəliblər. Hava şəraitinin dəyişkən olmasına baxmayaraq, aksiyaya qoşulanların sayı getdikcə artmaqdadır. Yeni gələn könüllülər də aksiya iştirakçılarına qoşularaq Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarından irəli gələn ekoloji fəlakət və digər fəsadlar ilə bağlı ilkin monitorinqin aparılmalı olduğu barədə şüarlar səsləndirirlər.
www.yenicag.az