Xankəndidəki qələbə Qurban Qurbanov üçün yubileylə əlamətdar oldu

media-hightechnic-468x90

“Qarabağ” Azərbaycan Kubokunda Qurban Qurbanovun rəhbərliyi altında 40-cı qələbəsini qazanıb.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, bu, dünən Ağdam klubunun Xankəndidə MOİK-ə 1:0 hesabı ilə qalib gəldiyi oyunda yaşanıb. Yubiley 51 yaşlı mütəxəssisin postundakı 64-cü qarşılaşmasında qeydə alınıb.
Qeyd edək ki, Q.Qurbanov 2008-ci ildən çalışdırdığı “Qarabağ”la ilk kubok qələbəsini 2008/2009-cu illər mövsümündə qazanıb. Ağdamlılar 1/8 finalda “Bakılı”nı evdə 3:0 hesabı ilə məğlubiyyətə uğradıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600