Patriarx Kirill Rusiyanı tərk edən, sonradan səhvini anlayan insanları rədd etməməyə çağırıb.
Yenicag.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Bildirilir ki, Moskva və Bütün Rusiyanın patriarxı Kirill “Rossiya 1” telekanalına müsahibəsində səhvlərini başa düşsələr, Rusiyanı tərk edən insanları rədd etməməyə çağırıb.
“Günah etmiş insan tövbə hissi ilə gəlirsə, onu sıxışdırmağa ehtiyac yoxdur. Rusiyadan çıxan, hətta hardasa danışan, əleyhinə nəsə deyən insanlar səhv etdiklərini başa düşərək geri qayıdırlarsa, onda Vətən onları rədd edə bilməz”, – Kirill deyib.
Patriarx vurğulayıb ki, xəta törədən insanların cinayət əməllərində iştirak dərəcəsi ilə bağlı suallar keşişlərə aid deyil.
Daha əvvəl rusiyalı qılıncoynadan Sergey Bidanın anası, qılıncoynatma üzrə dünya çempionatının ikiqat mükafatçısı Yelena Qrişina oğlunun həyat yoldaşı ilə birlikdə ABŞ-yə niyə getdiyi barədə açıqlama verib.
Dövlət Dumasının deputatı və görkəmli xokkeyçi Vyaçeslav Fetisov hesab edir ki, vətənpərvər olmadan uğur qazanmaq mümkün deyil.
Əmək Nazirliyi isə xaricə getmiş rusların işə götürülməsini qəbuledilməz adlandırıb.
Xuraman Etibarlı
www.yenicag.az