Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Xaricdən gələn idmançılar yoxlanılacaq - Koronavirus şübhəsi

Reklam: Sinerji Pro

Bakıya gələn hər bir insan yoxlanılacaq. Hər bir insandan tələb edəcəyik ki, sağlamlıq haqqında arayışla gəlsinlər.

Yenicag.az-ın məlumatına görə, bunu jurnalistlərə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə koronavirusun yayıldığı İtaliyanın idmançılarının martda Bakıda keçiriləcək karate üzrə Avropa çempionatında iştirakı barədə məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sərhəddə hamı yoxlanılacaq:

“Bu idmançı sağlamdırsa, yarışa qatılacaq. Sağlam deyilsə, hansısa şübhəli məqam varsa, ya geri qaytarılacaq, ya da karantində saxlanılacaq. Bu bizim istəyimiz deyil, Ümumdünya Səhiyyə Təşkilatının tələbidir”.

Ç.Hüseynzadə bildirib ki, yarışların təxirə salınması heç kimdən asılı deyil:

“Bu nə bizdən, nə də başqa şəxslərdən asılıdır. Ona görə də yarışlardan hansısa təxirə salına və ya daha təhlükəsiz yerlərə keçirilə bilər. Amma bunların hamısı baş tutacaq. Nəzərdə tutulmuş bütün tədbirlər keçiriləcək”./Trend/

Loading...

www.yenicag.az

330
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100