Xərçəngin müalicəsi asanlaşdı: 2 saatlıq prosedur 1 dəqiqəyə endirildi

media-hightechnic-468x90

Dünya səhiyyəsində xərçənglə mübarizədə inqilabi addım atılıb. İngiltərə Milli Səhiyyə Sistemi (NHS) on minlərlə xəstənin həyatını asanlaşdıracaq yeni müalicə metodunu tətbiq etməyə başlayıb.

media-banner_tkm

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, saatlarla davam edən immunoterapiya müalicəsini cəmi 1 dəqiqəyə endirən yeni inyeksiya forması istifadəyə verilib. Bu metod xəstəxanada gözləmə müddətlərini 90% azaltmaqla yanaşı, səhiyyə sisteminin səmərəliliyini də maksimuma çatdıracaq.

Hər il 14 min insanın müalicəsində istifadə edilən, ağciyər və süd vəzi daxil olmaqla 14 növ xərçəngə qarşı effektiv “pembrolizumab” preparatının tətbiqi yeni inyeksiya forması sayəsində 2 saatlıq serum prosedurundan cəmi 1 dəqiqəlik hazır inyeksiyaya endirilərək həm xəstələr, həm də tibb personalı üçün inqilabi asanlıq yaradıb.

Səhiyyə rəsmiləri bu addımı xərçənglə mübarizədə “can simidi” və tibbin modernləşməsi kimi qiymətləndirirlər. Səhiyyə və Sosial Müdafiə Naziri Ves Stritinq bildirib ki, müalicə müddətinin qısalması xəstələrə həm fiziki, həm də psixoloji cəhətdən böyük dəstəkdir. Ekspertlərin fikrincə, bu cür innovasiyalar məhdud səhiyyə resurslarının daha səmərəli istifadəsi və növbələrin aradan qaldırılması üçün həyati əhəmiyyət kəsb edir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05