!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəstəliklə çarpışan Baloğlan Əşrəfovun SON DURUMU: “Həkimlər deyir ki...”

!Reklam – Yazi

Koronavirusa yoluxan əməkdar artist Baloğlan Əşrəfovun səhhətindəki problemlər hələ də aradan qalxmayıb.

Yenicag.az-a açıqlama verən sənətçi güclə nəfəs aldığını bildirib:

“Xəstəxanaya getməmişəm, evdə müalicə olunuram. Amma səhhətim yaxşı deyil. Neçə gündür yemək-içməyimə də fikir verə bilmədim, yaxşı yemirəm deyə, biraz da zəiflədim. Çətinliklə nəfəs alıram, dava dərman olunur, amma inanıram ki, Allahın köməkliyi ilə yaxşı olacam. Həkimlər deyir ki, yaxşı olacaqsan”.

Sənətçi mikrafonların virus mənbəyi olduğunu da deyib:

“Televiziya kanallarında hamı bir-birinə mikrafon ötürür, amma bilmirlər ki, bununla virusa yoluxdururlar. Gərək bunu nəzərə alalar. Qorunmaq və tibbi qaydalara əməl etmək lazımdır”.

Cəvahir

www.yenicag.az

837
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv