Xəstəxanadan oğurluq edildi

media-hightechnic-468x90

hebs_451Şübhəli şəxsdən 1,456 qram heroin aşkar olunaraq götürülüb
Bakıda xəstəxanada oğurluq edən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən anspress-ə verilən məlumata görə, əməliyyat Yasamal Rayon Polis İdarəsi 29-cu polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü İmran Kərimov tutulub. O, noyabrın 11-də Tbilisi prospektində yerləşən Diaqnostika Mərkəzinin iş otağından içərisində 65 manat və bank kartı olan pul kisəsini oğurlayıb.

Saxlanılan şəxs istintaqa təhvil verilib.

Şübhəli şəxsdən 1,456 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa