Xəyalı “KOR” olmaq idi! – Həkimlə anlaşdı, gözlərinə turşu tökdürdü
Tibb dünyası bu hadisəni müzakirə edir! Kor olmaq üçün əlindən gələni etdi: bir həkimlə anlaşdı, sonrası isə faciə ilə bitdi.
Yenicag.az xəbər verir ki, ABŞ-da yaşayan Cuel Şupinq, sağlam fərdlərin əlil olma arzusu duymasına səbəb olan “Bədən Bütövlüyünə dair İdentiklik Pozğunluğu” (BIID) xəstəliyi səbəbindən, bir həkimin yardımı ilə gözlərinə kimyəvi təmizləyici (lavabo açıcı) tökdürərək özünü kor edib.
ABŞ-ın Şimali Karolina ştatında yaşayan Cuel Şupinq, sözügedən psixoloji pozğunluq səbəbindən uşaqlıq illərindən bəri kor olma arzusu daşıdığını bildirib. Hələ 6 yaşında ikən gözlərinə zərər vermək üçün saatlarla günəşə baxan Şupinq, gənclik illərində qara eynəklər taxmağa və əsa istifadə etməyə başlayıb. 20 yaşına çatdıqda isə o, artıq Brayl əlifbasını (qabartma yazı) mükəmməl səviyyədə öyrənmişdi.
2006-cı ildə ona bu “xəyalında” kömək etməyi qəbul edən bir psixoloqla anlaşan Şupinq, qanlı bir üsula əl atıb. Gözlərinə əvvəlcə uyuşdurucu damcılar, ardından isə güclü kimyəvi maddə tökülən qadın, görmə qabiliyyətini itirib.
Yaşadığı hissləri İngiltərə mətbuatına danışan 41 yaşlı qadın, “Kimyəvi maddə yanaqlarımı yandırarkən tək düşündüyüm şey ‘Kor oluram, hər şey yolundadır’ idi” ifadələrini işlədib. Xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, Şupinq təxminən altı ay ərzində görmə yetisini tamamilə itirib. Sol gözündə kornea əriməsi, sağ gözündə isə qlaukoma və katarakt yaranıb.
Maraqlıdır ki, yaşadığı bütün ağrılara baxmayaraq, peşman olmadığını bildirən Şupinq, “Əslində belə doğulmalı idim, mən dəli deyiləm, sadəcə bir narahatlığım var” deyərək özünü müdafiə edib. Bu gün həyatını tamamilə kor olaraq davam etdirən Cuel Şupinq, özü ilə eyni vəziyyətdə olan şəxslərin gizli yollara deyil, mütləq peşəkar yardım almalı olduqlarını vurğulayır.
Yenicag.az













