Xəyanətə uğradığını sanan qadın evə od vurdu - VİDEO

media-hightechnic-468x90

Taylandın Pattaya şəhərində qadının qısqanclığı ona baha başa gəlib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, şəhər sakini 25 yaşlı Donlaye Nalee adlı qadın sevgilisinin onu aldatdığını zənn edərək, qisas niyyətilə gecə saatlarında sevgilisinin evini yandırıb.

Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb edilib.

Yanğınsöndürənlərin dərhal müdaxiləsi nəticəsində alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

O, polis tərəfindən saxlanılıb və ifadəsinin alınması üçün içkili qadının ayılmasının gözlənildiyi qeyd edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600