“Azərsun Holdinq” fermerlər üçün maarifləndirici görüşlər təşkil edib
Görüşlər çərçivəsində fermerlər şəkər çuğundurunun düzgün becərilmə texnologiyası, aqrotexniki qaydalara riayət olunması, məhsuldarlığın artırılması yolları, bitkinin qidalanma sistemi və müasir becərmə yanaşmaları barədə ətraflı məlumatlandırılıb.
Maarifləndirici görüşlərdə müvafiq sahə üzrə mütəxəssislər fermerlərlə bilik və təcrübə mübadiləsi aparıblar.
Nəticə etibarı ilə bölgələrdə şəkər çuğunduru əkininə marağın artdığı müşahidə olunub ki, bu da gələcəkdə yerli xammal bazasının möhkəmləndirilməsi və davamlı kənd təsərrüfatının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
“Azərsun Holdinq” bundan sonra da fermerlərin maarifləndirilməsi, yüksək məhsuldarlığın təmin olunması və şəkər çuğunduru istehsalının inkişafı istiqamətində dəstək tədbirlərini davam etdirəcək.












