“Böyük Seva”nın vəziyyəti açıqlandı

media-hightechnic-468x90

ANS telekanalından “Böyük Seva” kimi tanınan jurnalist Sevda Həsənova 3 gün öncə Bakı Neyrocərrahiyyə Mərkəzində beyin əməliyyatı keçirib.

Yenicag.az xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasından “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda jurnalistin müalicəsi palata şəraitində davam etdirilir.

“1970-ci il təvəllüdlü şəxs (qadın) Respublika Neyrocərrahiyyə Xəstəxanasının Reanimasiya şöbəsindən Baş-beyin şöbəsinə köçürülüb. Hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”, – məlumatda bildirilib.

Qeyd edək ki, 55 yaşlı Sevda Həsənova 1994-cü ildən 2006-cı ilə qədər ANS-də çalışıb. Daha sonra faəliyyətini istipress.com saytında davam etdirib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05