Xəzər dənizi 2050-ci ilədək kritik səviyyəyə düşə bilər
Qazaxıstanlı alimlərin araşdırmalarına görə, Xəzər dənizinin səviyyəsi sabit enmə meylinə malikdir və 2050-ci ilə qədər mənfi 33 metrə yaxınlaşa bilər.
Yenicag.az Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev bildirib.
“Xəzərin tarixinə nəzər salsaq, dəniz səviyyəsinin mənfi 28,5 metrə enməsi artıq həm onun ekosistemi, həm də dəniz təsərrüfatı üçün kritikdir”, – deyə o qeyd edib.
Bununla əlaqədar olaraq, su anbarının dayazlaşmasının səbəb və nəticələrini öyrənmək üçün ötən il Qazaxıstanda Xəzər dənizi Elmi Tədqiqat İnstitutu yaradılıb./Azertag/