Xəzər Universiteti ilə Türkiyə universitetləri arasında anlaşmalar imzalandı - FOTO

media-hightechnic-468x90

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri akademik Hamlet İsaxanlı və İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli yanvarın 6-8-də Ankarada işgüzar səfərdə olublar.

Yenicag.az xəbər verir ki, ilk görüş yanvarın 6-da Ankara Musiqi ve İncəsənət Universitetində rektor Ərhan Özdənlə keçirilib.

H.İsaxanlı və Ə.Özdən iki qardaş ölkənin universitetləri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Daha sonra iki universitet arasında anlaşma protokolu imzalanıb.

Yanvarın 6-da nümayəndə heyəti TÜRKSOY Baş katibinin müavini Sait Yusiflə görüşüb. S.Yusif qonaqlara təşkilat haqqında məlumat verib.

Ankara Sosial Elmlər Universitetinin rektoru Musa Arıcan nümayəndə heyətini qəbul edib və iki universitet arasında anlaşma protokolu imzalanıb.

Yanvarın 7-də nümayəndə heyəti Türkiyə Respublikasının Konstitusiya Məhkəməsinin sədri Qədir Özkaya ilə görüşüb. Hamlet İsaxanlı Xəzər Universitetinin son illərdə əldə etdiyi nailiyyətlər haqqında danışıb və Q. Özqayanı Bakıya dəvət edib.

Xəzər Universitetinin nümayəndə heyəti yanvarın 7-də Hacəttəpə Universitetinin rektoru Mehmet Cahid Güran tərəfindən qəbul edilib. Gələcək illərdə iki universitet arasında əməkdaşlıqla bağlı razılıq əldə edilib.

Yanvarın 8-də nümayəndə heyəti Qazi Universitetinin rektoru Uğur Ünal ilə görüşüb. Görüş zamanı Hamlet İsaxanlı Qazi Universiteti ilə olan əməkdaşlıqdan məmnun olduğunu bildirib.

Ü. Ünal da Xəzər Universiteti ilə əməkdaşlığı yüksək qiymətləndirib.

Yanvarın 8-də nümayəndə heyəti Ankara Universitetsinin rektoru Necdət Ünüvarın dəvəti ilə universitetin qonağı olub. Görüş zamanı iki universitet arasında bundan sonra da əlaqələrin genişləndiril­məsinin vacibliyi vurğulanıb.

Akademik Hamlet İsaxanlının rəhbərliyindəki nümayəndə heyəti yanvarın 8-də Yaxın Şərq Tekniki Universitetinin rek­toru  Ahmet Yozqatlıgilin qonağı olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa