Xəzərdə üç balıqçı xilas edildi

media-hightechnic-468x90

ffcd445e57c15bb9bfd7239252498450Yanvarın 16-da saat 18:10 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin “Mayak” sahil nəzarəti məntəqəsinə bir qayığın 3 nəfər balıqçı ilə birlikdə dənizdən qayıtmadığı barədə məlumat daxil olub.

DSX-nın Mətbuat Mərkəzindən verilən məlumata görə, qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən sahildən 3,8 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkar edilib.

Neftçala rayon Kürkənd kənd sakinləri Əhmədov Taleh Hacıbala oğlu, Şirəliyev İxtiyar Şirəli oğlu və Ağacanov Bəxtiyar Əsəd oğlu 17 yanvar saat 00:30-da xilas edilərək qayıqla birlikdə sahilə çıxarılıblar.(APA)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600