Xəzərdəki problemlə bağlı qərargah yaradıldı

media-hightechnic-468x90

Qazaxıstanın Kurmanqazı rayonunda fövqəladə vəziyyət elan edilib. 

Yenicag.az xəbər verir ki, fövqəladə vəziyyətin elan edilməsinə səbəb rayonda hidroloji vəziyyətin pisləşməsi, xüsusən də Kiqaş və Şora çaylarının, onların məcralarının, eləcə də Xəzər dənizinin dayazlaşması olub.

Bununla bağlı Kurmanqazı rayon administrasiyası yanında fövqəladə halların aradan qaldırılması üzrə qərargah yaradılıb.

Tədbirlər planı təsdiq edilib, fövqəladə halın aradan qaldırılması üçün lazım olan texniki və büdcə vəsaitlərinin hesablanması istiqamətində işlər aparılır.

Kiqaş və Şora çaylarının kanallarında, eləcə də Xəzər dənizində kanalların dərinləşdirilməsi planlaşdırılır./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa