Xəzəryanı ölkələr iqtisadi əməkdaşlığı gücləndirir

media-hightechnic-468x90

Xəzərin beş ölkəsinin (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) iqtisadiyyat nazirləri qarşılıqlı ticarəti artırmaqla bölgədə iqtisadi əməkdaşlığı gücləndirmək planını hazırlamağa razılıq əldə ediblər.

Yenicag.az xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedev Türkmənistanda keçirilən I Xəzər İqtisadi Forumunda deyib.

O qeyd edib ki, Rusiya Xəzərin və Volqanın inkişafına təxminən 200 milyard rubl sərmayə yatıracaq.

Baş nazir əlavə edib ki, Rusiya tezliklə Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edəcək. Onun sözlərinə görə, konvensiyanın imzalanması tarixi hadisə və Xəzərin beş ölkəsinin uğuru olub./Kommersant.az/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa