!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

XİN-dən İrana səfər edən vətəndaşlara XƏBƏRDARLIQ

!Reklam – Yazi

Xarici İşlər Nazirliyi (XİN) İrana səfər edən vətəndaşlara müraciət edib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata əsasən müraciətdə bildirilir:

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi son zamanlar yeni növ təhlükəli virusun (coronavirus 2019-nCoV) yaxın bölgəmizdə yayılması təhlükəsini nəzərə alaraq və İran İslam Respublikasının rəsmi qurumlarının bu xüsusda yaydığı xəbərdarlığa istinad edərək, Azərbaycan Respublikasının vətəndaşlarını İran İslam Respublikasına səyahət edərkən, xüsusilə də ziyarət səfərləri zamanı son dərəcə ehtiyatlı olmalarını, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələrini tövsiyə edir.

Hər hansı problemlə üzləşdikləri zaman Azərbaycan vətəndaşlarından Azərbaycan Respublikasının Tehran şəhərindəki Səfirliyinə və ya Təbriz şəhərindəki Baş Konsulluğuna müraciət etmələri tövsiyə olunur.

Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi

ÜNVAN: Tehran şəhəri, Neyistan 3, Rastovan küçəsi 16
Telefon: (+9821) 22 55 82 99
(+9821) 22 55 42 55
Fax: (+9821) 22 55 81 83

Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu

ÜNVAN: Təbriz səhəri, Vəliəsr, Arif küçəsi 9
Telefon: (+98413) 333 48 02/04
Fax: (+98413) 331 53 80

COP29

www.yenicag.az

663
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv