Xırdalanda güclü yanğın: 11 ev külə döndü - VİDEO
Xırdalanda yanğın hadisəsi baş verib, 11 ev yanıb.
Yenicag.az Xəzər TV-yə istinadən məlumat verir ki, bir evdə başlayan yanğın digər mənzillərə də keçib.
Səbəbi isə evlərin qaydaların əksinə olaraq bir-birinə bitişik tikilməsidir. Ekspertlər deyirlər ki, belə evlər əsasən Abşeron rayonu ərazisində inşa edilir.
Ekspert Elnur Fərzəliyev vətəndaşları diqqətli olmağa çağırır. Əks halda bədbəxt hadislər qaçılmaz ola bilər. Ən əsası isə belə evlərin sənədləşməsi zamanı da problem yaranır.
Ekspert əlavə edib ki, kommunikasiya xətlərinə yaxın olan evlərə də çıxarış verilmir.
Ətraflı süjetdə: