Xırdalanda iki azyaşlını maşın vurdu – QƏZA ANI/YENİLƏNİB

Xırdalanda iki məktəblini avtomobil vurub.

Yenicag.az qəza anının videosunu təqdim edir:

***

21:56

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 məktəbli xəsarət alıb.

Yenicag.az Trend-ə istinadən bildirir ki, hadisə Abşeron Rayon İcra Hakimiyyətinin yaxınlığında baş verib.

Minik avtomobili yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Alsu Səbzəliyeva və 2006-cı il təvəllüdlü Fidan Orucovanı vurub. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. A.Səbzəliyevaya döş qəfəsinin küt travması, F.Orucovaya isə döş qəfəsinin küt travması, sağ diz qapağının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.