Xocalıda yaşayış evləri təmir olunacaq

media-hightechnic-468x90

“Xankəndi Şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidməti” publik hüquqi şəxsi Xocalı Rayonunun Ballıca, Təzəbinə və Xanyurdu kəndlərində, Ağdərə rayonunun Həsənriz kəndində fərdi yaşayış evlərini təmir etdirəcək.

Yenicag.az xəbər verir ki, qurum bunun üçün 450 min 205 manat vəsait ayırıb.

Təmir işləri “Himmen Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, müvafiq işlərin görülməsinə bu ayın 8-də başlanılıb, iyunun 10-na qədər isə tamamlanması nəzərdə tutulur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa