Xoşqədəm ANS-ə keçdi
Teleaparıcı Xoşqədəm Hidayətqızı işindən azad edilib.
Yenicag.az Show.az-a istinadən xəbər verir ki, Xoşqədəm Hidayətqızı ATV-dən kənarlaşdırılıb.
***
Yenicag.az xəbər verir ki, Xoşqədəm Hidayətqızının verilişi “Səni axtarıram” bundan sonra ATV də deyil, yeni kanalda ANS-də yayımlanacaq. Verilişin həftədə beş gün yayımlanması gözlənilir.
Qeyd edək ki, ötən həftə ANS-də Xoşqədəm Hidayətqızı və həyat yoldaşı Doğuşla bağlı xüsusi proqram yayımlanmışdı.