!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xüsusi təyinatlı hərbçilərimiz qəzaya düşdü - Zəhranın yas mərasimindən qayıdarkən - Fotolar

!Reklam – Yazi

Azərbaycan Silahlı Qüvvələrinin veteranı, Qarabağ qazisi, xüsusi təyinatlı hərbçi, ehtiyatda olan gizirlərimiz Ülfət Həsənovla Natiq Mehdiyev avtomobil qəzasına düşüb.

Yenicag.az xəbər verir ki, hadisə Ermənistan ordusu tərəfindən Füzulinin Alxanlı kəndində qətlə yetirilən 2 yaşlı Zəhra və onun nənəsi Sahibənin 3 mərasimindən qayıdan zaman baş verib.

Məlumatı saytımıza açıqlamasında Natiq Mehdiyev də təsdiqləyib:

“Zəhra balamızın 3 mərasimindən qayıdırdıq. Maşında elə ikimiz idik. Qobustanda qəflətən qarşımıza avtomobil çıxdı, Ülfət də nəzarəti itirdi. Şükür, elə ciddi bir xəsarət almamışıq. Mənim bir az sol ayağım, Ülfətin də güllə dəydiyi qolu ağrıyır”.

Xatırladaq ki, hər iki hərbçi 2015-cı ildə xüsusi hərbi tapşırığı yerinə yetirərəkən böyük qəhrəmanlıq göstərərək, düşmənə ağır zərbə vurublar. Onlar həmin döyüş əməliyyatları zamanı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Emin Səfərov
Yenicag.az

www.yenicag.az

2449
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv