Yadigar Sadıqovun cəzası azaldılıb

media-hightechnic-468x90

f6b3f4d830a4d9d275873efe45330129Bu gün Ali Məhkəmədə Müsavat Partiyası başqanının həbsdə olan müavini Yadigar Sadıqovun kassasiya şikayətinə baxılıb.

media-banner_tkm

Vəkili Adil İsmayılovun verdiyi məlumata görə, prosesdə qərar elan edilib. Qərara görə, şikayət qismən təmin edilib və Y. Sadıqovun cəzası 4 ildən 3 il 6 aya endirilib.

Qeyd edək ki, Yadigar Sadıqov 2013-cü il iyunun 27-də saxlanılıb. Müsavat başqanının müşaviri xuliqanlıqda ittiham olunur.

O, Lənkəran rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Ötən il iyulun 22-də Bakı Apellyasiya Məhkəməsi onun həbsini 4 ilə endirib. Bundan sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05