“YAP-ın prinsip və ideyalarına sadiq olan üzv kimi bu qərara hörmətlə yanaşıram”.
Bunu Yenicag.az-a açıqlamasında sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədləri siyahısında yer almayan VI çağırış Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bunun səbəblərindən danışıb.
O, YAP tərəfindən namizədliyinin niyə irəli sürülmədiyi ilə bağlı səbəb axtarmadığını qeyd edib.
“2020-ci ildə heç gözləmədiyim halda, YAP mənim namizədliyimi irəli sürdü. İndi isə belə qərar qəbul edilib. Partiyanın, həmçinin İdarə Heyətinin uzun illərdir üzvüyəm. YAP-ın prinsip və ideyalarına sadiq olan üzv kimi bu qərara hörmətlə yanaşıram. Tam səmimiyyətimlə partiya yolunda hər zaman hər şeyə hazıram”, – deyə keçmiş deputat bildirib.
Əlavə olaraq, gələcək fəaliyyətilə bağlı sualımızı cavablandıran Elşad Mirbəşiroğlu deputat olmazdan öncə elmi-pedaqoji fəaliyyətlə məşğul olduğunu deyib:
“Həm Dövlət İdarəçilik Akademiyasında, həm də Sosial Tədqiqatlar Mərkəzində İdarə Heyətinin üzvü, eyni zamanda, sədr müaviniyəm. Bir sözlə hər zaman fəaliyyətlə məşğul olmuşam”.
Nəsimi Ələsgərli