!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

YAP-ın siyahısına düşməyən deputatlar: “Fəaliyyəti məqbul olmayıbsa...”

!Reklam – Yazi

“Seçiciləri ilə işləməyi bacaran, parlamentdə, beynəxalq fəaliyyətdə, mətbuatda fəallığı ilə seçilən depuatalara yenidən etimad göstərilir”.

Bunu Yenicag.az-a açıqlamasında açıqlamasında sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədləri siyahısında bəzi deputatların yer almamasının səbəbindən danışan VI çağırış Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının rəhbərliyi parlament seçkiləri ərəfəsində Milli Məclisdə təmsil olunan YAP deputatlarının fəaliyyətini nəzərdən keçirir.

“Belə ki, hansı deputatların fəaliyyəti qənaətbəxş olarsa, onlara yenidən etimad göstərilir. Nəticədə İdarə Heyəti müvafiq qərar qəbul edir. Hansı deputatların fəaliyyəti isə məqbul olmayıbsa, yeni namizədlərə zərurət yaranır”, – deyə o əlavə edib.

A.Badamov qeyd edib ki, YAP partiyanı təmsil edən deputatların daha fəal olmasına çalışır.

“Bir sözlə, seçiciləri ilə işləməyi bacaran, parlamentdə, beynəxalq fəaliyyətdə, mətbuatda fəallığı ilə seçilən depuatalara yenidən etimad göstərilir. VII çağırış Milli Məclisə YAP tərəfindən irəli sürülmüş namizədlər cəmiyyət içində hörməti olan şəxslərdir.

Son sözü isə seçicilər deyəcək. Bu mənada seçicilər ölkəmizin inkişafını, sabitliyini, Vətən müharibəsindəki qələbəsini, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması proseslərini düzgün dəyərləndirəcək və addım atacaqlar”, – deyə deputat bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv