Yaponiya iqtisadiyyatı ciddi təhlükə qarşısındadır
Yaponiya iqtisadiyyatının həcmi 3-cü rübdə 1.6 % azalıb.
Bildirilir ki, Yaponiyanın iqtisadiyyatı tənəzzülə doğru gedir.
Yenicag.az saytının Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ekspertlər 2 % artım gözlədiyi halda, 1.6 % azalma müşahidə ediblər. Ötən rübdə də sözügedən ölkənin iqtisadiyyatında azalma müşahidə olunmuşdu. Belə ki, ikinci rübdə azalma isə 7.3 % olub.
İqtisadiyyatın zəifləməsinə səbəb kimi ixracatın azalması və daxili tələbatın canlanmaması göstərilir.
Yaponiya Mərkəzi Bankı bu ayda yeni valyuta proqramını açıqlamışdı.
Baş verənlərdən sonra bütün diqqətlər Yaponiyanın baş naziri Şinzo Abeyə yönəlib. Şinzo Abedən vergi artımının qarşısının alınması və növbədənkənar seçkilərə başlaması gözlənilir.
Sonda bildirək ki,Yapon valyutası Nikkei 3% öz dəyərini itirib.